Yuxarı

Berbok gözlənilmədən Kiyevə gəldi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berbok gözlənilmədən Kiyevə gəldi

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə gözlənilməz səfər edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Berbokun səfəri təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyib.

Nazir qeyd edib ki, Almaniya bu yaxınlarda Ukraynaya enerji yardımı üçün əlavə 170 milyon avro ayırmaqla qışdan qorunma çətirini genişləndirib.

O, Almaniyanın hava hücumundan müdafiə təşəbbüsünə də toxunub:

“Hər bir hava hücumundan müdafiə sistemi vacibdir”.

Eyni zamanda Berbok Ukraynanın AB-yə həmişəkindən daha yaxın olduğunu iddia edib:

“Xüsusilə media azadlığı və korrupsiyaya qarşı mübarizə sahələrində cəsarətli islahatlar səylərini dəstəkləyir və təşviq etməyə davam edirik”.

Qeyd edək ki, bu, 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Berbokun Kiyevə səkkizinci səfəridir.

Tarix
2024.11.04 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla