Yuxarı

Suriya üçün ən pisi qarşıdadır – Rusiya xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya üçün ən pisi qarşıdadır – Rusiya xəbərdarlıq etdi

Suriyalılar genişmiqyaslı vətəndaş müharibəsinin öhdəsindən təkbaşına gəlməli olacaqlar, çətin ki, Rusiya belə şəraitdə dəstək versin.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federal Şurasının vitse-prezidenti Konstantin Kosaçev özünün Teleqram kanalında yazıb.

“Lazım gələrsə, Rusiya Suriya xalqına dəstəyini davam etdirəcək, lakin suriyalılar tammiqyaslı vətəndaş müharibəsi ilə təkbaşına mübarizə aparmalı olacaqlar”, - o bildirib.

Kosaçovun sözlərinə görə, Suriyadakı hadisələr hamı üçün faciədir:

“Biz ruslar üçün prioritet vəzifə Suriya, onun suverenliyi və ərazi bütövlüyü naminə orada olan soydaşlarımızın və mülki şəxslərin, o cümlədən diplomatların və onların ailə üzvlərinin, təbii ki, hərbçilərin təhlükəsizliyini təmin etməkdir”.

Kosaçov iddia edib ki, Suriyada ən pisi hələ qarşıdadır:

"Suriya çox çətin hekayədir, bu və ya digər şəkildə, vətəndaş müharibəsi bu gün bitməyəcək, açıq terror qrupları da daxil olmaqla, həddindən artıq çox münaqişə var".

Qeyd edək ki, Dəməşqi ələ keçirərək, Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” Rusiyanın tartus və Hmeymim bazalarının qorunmasına təminat verib.

Tarix
2024.12.08 / 22:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

Əliyevlə Fitsonun görüşündə bu mahnımız ifa edildi - Video

Əsrlər boyu böyük imperiyaların tərkibində olmuşuq...

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

Azərbaycan bu ölkə ilə 5 sənəd imzaladı

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

İrəvandakı “qeyri-sabit”liyin Bakı ilə “əlaqəsi”...

Prezidentə yalan deyilib: Türkiyənin siyahısındakı adlar...

Qazaxıstandan AZAL qəzası ilə bağlı ən son məlumat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla