Yuxarı

ABŞ-ın silah ixracı rekord həddə: 318 milyardı ötdü...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın silah ixracı rekord həddə: 318 milyardı ötdü...

Dövlət Departamentinin "2024-cü maliyyə ilində ABŞ-ın silah köçürmələri və müdafiə ticarəti” adlı hesabatına əsasən, Birləşmiş Ştatlar 2024-cü maliyyə ilində digər ölkələrə rekord məbləğdə - 318,7 milyard dollarlıq silah və hərbi texnika tədarük edib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sənəddə göstərilir ki, hökumətlərarası Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində 117,9 milyard dollarlıq satış həyata keçirilib.

Bu, 2023-cü maliyyə ilindəki 80,9 milyard dollarla müqayisədə 45,7% artım deməkdir. Bu, bu proqramın tarixində ən yüksək illik göstəricidir.

Birbaşa silah satışı (Birbaşa Kommersiya Satışı proqramı) keçən maliyyə ilində 2023-cü il hədəfindən (157,5 milyard dollar) 27,5% artaraq 200,8 milyard dollara çatıb.

Dövlət Departamentinin məlumatına görə, ümumi məbləğ ABŞ tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 96,9 milyard dollar olan silah satışlarından ibarət olub.

Qeyd edilir ki, 2022-2024-cü illər üçün FMS proqramı çərçivəsində üç illik orta silah satışının həcmi 2021-2023-cü illərdəki 55,9 milyard dollarla müqayisədə 49,6% artaraq 83,6 milyard dollara çatıb.

Tarix
2025.01.26 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident və xanımı Balayevlə vida mərasiminə əklil göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla