Ana səhifə Planet |
Oğrular Niderlandın Assen şəhərində Drents muzeyinə partlayıcı qurğu vasitəsilə daxil olaraq 2400 il yaşı olan qədim Kotofeneşti dəbilqəsini və 4 əntiq qızıl əşyanı oğurlayıblar.
Axar.az xəbər verir ki, oğurlanan əşyalar arasında üç ədəd qızıl spiralvari bilərzik və Rumıniyanın Milli Tarix Muzeyi tərəfindən təqdim edilən nadir dəbilqə olub. Bu dəbilqə 1927-ci ildə Rumıniyada kəndlərdən birində uşaq tərəfindən aşkar edilib. Uşaq əşyanı oyuncaq və su qabı kimi istifadə edibmiş ki, bu da onun zədələnməsinə səbəb olub.
Hadisə yerinə gələn Assen polisi muzey yaxınlığında yanan avtomobil aşkar edib. Ehtimal edilir ki, avtomobil oğrular tərəfindən istifadə edilib. İstintaqa İnterpol cəlb edilib, polis isə kamera görüntülərini araşdırır.
Drents muzeyinin baş direktoru Harri Tupan hadisəni muzeyin tarixində “qara gün” adlandırıb.
“Keçən gecə baş verən hadisə ilə bağlı dərin şok yaşamışıq. Muzeyin 170 illik tarixi ərzində buna bənzər hadisə baş verməyib”, – deyə o qeyd edib.
Tarix
2025.01.27 / 18:14
|
Müəllif
Axar.az
|