Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və hakim Mülki Müqavilə Partiyasının deputatı Qagik Melkonyan məhkəməyə gəlmək zərurəti barədə bildiriş alıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd olunur ki, məhkəmə işi Arsenyan və Melkonyana məxsus ərazilərdə, eləcə də Mülki Müqavilənin ofisinin yaxınlığında partlayıcı qurğuların quraşdırılması ilə bağlıdır. İstintaq yekunlaşıb və materiallar məhkəməyə təqdim edilib.
İstintaqın məlumatına görə, şübhəli ötən il fevralın 20-də Birləşmiş Fəhlə Partiyasının (rəhbəri - Arsenyan) ofisinin 9 metrliyində əldəqayırma partlayıcı qurğu (1 kq trotil və pentalit) yerləşdirib. Daha bir bomba Mülki Müqavilənin ofisinin yaxınlığında tapılıb. Lakin mexanizmin nasazlığı səbəbindən qurğular işləməyib. İş üzrə zərərçəkmiş qismində Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan, Qagik Melkonyan və Qurgen Arsenyan tanınıb. Onlar məhkəmədə ifadə verməyə çağırılıb.