Yuxarı

Rusiyadan ABŞ-a təklif: İşğal qənimətlərinə şərik edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a təklif: İşğal qənimətlərinə şərik edir

Rusiya rəsmiləri ABŞ-a Moskvanın nəzarəti altında olan kritik mineralların və metalların hasilatından qazanc əldə etməyə imkan verən saziş təklif ediblər.

Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” kəşfiyyat məlumatları ilə tanış olan iki ABŞ rəsmisinin, eləcə də başqa bir mənbənin sözlərinə istinadən məlumat dərc edib.

Mənbələr qeyd edir ki, Rusiya Tramp administrasiyasına mümkün saziş təklif edib ki, bu razılaşmaya əsasən, Ukraynanın Rusiya ordusunun nəzarətində olan ərazilərində çıxarılan nadir torpaq mineralları və digər qiymətli metallarda ABŞ pay alacaq.

ABŞ rəsmiləri bildiriblər ki, Rusiya nümayəndələri ötən həftə Səudiyyə Ərəbistanında Tramp administrasiyasının rəsmiləri ilə görüş zamanı bu fikri irəli sürüblər.

ABŞ-a mineral ehtiyatlara çıxışı təmin edə biləcək Rusiyanın təklif etdiyi variantlar arasında Moskvanın 2022-ci ildə qeyri-qanuni olaraq işğal etdiyi Donetsk və Zaporojye vilayətləri də var.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin də buna işarə edərək, "amerikalı partnyorlarla yeni regionlar (Ukraynanın işğal edilmiş əraziləri – red.) da daxil olmaqla, nadir torpaq elementlərinin işlənməsi sahəsində birgə fəaliyyətə hazır" olduğunu bildirmişdi.

Tarix
2025.02.27 / 01:51
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

Prezident Davosda Konnor Teski ilə görüşdü

Sülh şəraitində yaşamağa öyrəşirik - Prezident

Prezident bu mükafatla bağlı nümayəndə heyətini qəbul etdi

Azərbaycan Trampın dəvətini qəbul etdi

Bu macəraya qoşulduğumuza görə mən dəfələrlə peşman oldum

Bakı və Azərbaycan əcnəbilər üçün çox cəlbedici olub

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

“Bona Dea”nın Nigar Köçərliyə kobudluğu... - Professor

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla