Yuxarı

Ermənistanda kütləvi həbslər: 12 müxalifətçi saxlanıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda kütləvi həbslər: 12 müxalifətçi saxlanıldı

Ermənistanda “Ana Ermənistan” müxalifət blokunun 12 tərəfdarı saxlanılıb.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, bunu blokun Gümrü meri vəzifəsinə namizədi Karen Simonyan deyib.

“Blokun saxlanılan fəallarından olan Emma Qriqoryan azad edilib. O, iki övladının gözü qarşısında saxlanılıb, stress keçirib, lakin evində heç nə tapılmadığı üçün sərbəst buraxılıb”, - o əlavə edib.

Qeyd edək ki, Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi seçki rüşvətinin verilməsi və alınması, habelə seçkilər zamanı xeyriyyəçiliklə bağlı qadağanın pozulması faktları üzrə cinayət işləri başlayıb. Komitədən verilən məlumata görə, seçiciyə Gümrü Ağsaqqallar Şurasına növbədənkənar seçkilərdə namizədliyi irəli sürülmüş partiyaya səs vermək şərti ilə rüşvət təklif edilib. Həmin icmanın Ağsaqqallar Şurasına namizədliyi irəli sürülmüş partiya üzvünün, eləcə də etibar etdiyi şəxsin xeyriyyə adı altında seçicilərə pul vəd etməsi barədə məlumat daxil olub.

Xatırladaq ki, “Ana Ermənistan” bu gün səhər saatlarında hüquq-mühafizə orqanları əməkdaşlarının blokun ofisinə gələrək qərargah rəhbəri Ara Voskanyanın mənzilində və “Ana Ermənistan” alyansının baş ofisində axtarış aparması barədə məlumat yayıb. Eyni zamanda “Ana Ermənistan”ın bir neçə tərəfdarının mənzillərində də axtarışlar aparılıb.

Tarix
2025.03.27 / 19:32
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla