Yuxarı

Karasin: Ər-Riyad görüşündə bu ölkələrdən danışılmadı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 24-də Ər-Riyadda keçirilən görüşdə Rusiya və Amerika nümayəndə heyətləri Çin və İranla bağlı məsələləri müzakirə etməyiblər.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri və Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Senator məsələ ilə bağlı suala cavabında “Çinin adı çəkilməyib” deyib. O əlavə edib ki, Rusiya və ABŞ ekspertləri görüşdə İran məsələsini də qaldırmayıblar:

“Biz İran məsələsini müzakirə etməmişik. Bizim Tehranla əla, aktiv, inamlı münasibətlərimiz var. Onlar hər il inkişaf edir. Bəzi Qərb praktiklərinin və nəzəriyyəçilərinin İranın nüvə mövzusu ilə qorxuya düşmək ideyası da süni şəkildə uydurulub, çünki İran NSYM (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi - red.) üzrə konvensiyanı imzalayıb”.

Tarix
2025.03.28 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Qabon prezidenti İlham Əliyevi təbrik etdi

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktı...- Türkiyə MN

Efiopiyanın baş naziri İlham Əliyevi təbrik etdi

Əlcəzair prezidenti İlham Əliyevi təbrik etdi

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla