
Həftədə iki dəfə balıq yeyin: ürək sağlamlığı üçün...
02:05
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bakıda qadın həbsdəki ərinə antiperspirant qabının içində narkotik keçirmək istəyib.
Bu barədə Axar.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasına psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Həbs olunmuş şəxs Nəsimi Batdal oğlu Mustafayevə həyat yoldaşı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman antiperspirant qabının içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,502 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.03.31 / 13:32
|
Müəllif
Axar.az
|