Yuxarı

Orduya tapşırıq verildi: Rusiya ilə münaqişəyə hazırlaşın

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələrinin yüksək rütbəli hərbçiləri Rusiya ilə mümkün qarşıdurmaya – hibrid münaqişə və ya birbaşa hərbi toqquşma ehtimalına qarşı hazırlıq görür.

Axar.az xəbər verir ki, bu barədə "Figaro" qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Fransa ordusunun yüksək rütbəli zabitlərindən biri qəzetə bildirib ki, hərbi qüvvələr ən pis ssenariyə hazırlaşırlar. Nəşr qeyd edir ki, bu cür vəziyyət bütün Avropa ölkələrində müşahidə olunur və hərbçilər müxtəlif hərbi ssenariləri nəzərdən keçirirlər.

Bildirilib ki, Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı qiymətləndirilir, çünki bu, nüvə eskalasiyası riski yaradır. Bununla belə, Avropa orduları məhdud hərbi əməliyyatların Avropanın hansısa ölkəsində və ya qitədən kənarda baş verməsi ehtimalını da istisna etmirlər.

Qəzet Rusiyanı Avropaya qarşı hibrid hücumlar təşkil etməkdə ittiham edir. Nəşrin yazdığına görə, Rumıniyada prezident seçkilərinin birinci turunda Kalin Corceskunun qalib gəlməsi bu tip müdaxilənin nümunəsi kimi göstərilir. O, avropayönlü namizəd Yelena Laskonini qabaqlayıb və bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivlərinə dair narahatlıqlara səbəb olub.

Fransa Silahlı Qüvvələrinin Baş Qərargahında bu hadisə Afrikanın Sahel regionundakı proseslərlə müqayisə edilib. Xatırladaq ki, Fransa ordusu həmin regiondan çıxmağa məcbur olub. Buna səbəb isə bu ölkələrin Rusiya ilə əməkdaşlığı gücləndirməsi olub.

Tarix
2025.03.31 / 14:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Fransa Bakıya "ölüm qrupu" göndərdi - Şok

İrandan sülh sazişi ilə bağlı Bakı və İrəvana çağırış...

Azərbaycan-AB əməkdaşlığı müzakirə olundu

Bakı və Tehran təhlükəsizlik məsələlərini müzakirə etdi

Milyarderlər siyahısına Ələkbərov başçılıq edir

Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...

Hikmət Hacıyev Pezeşkianın müşaviri ilə görüşdü

Fransada siyasi rəqiblərə qarşı repressiya başladı

Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu

Prezident Mehdi Sənayini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla