Yuxarı

Ruslar hər gün bu qədər əsgər itirir: artıq ordu "artmır"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusların cəbhədə itkiləri artsa da, düşmən qoşunlarının sayına ciddi təsir göstərmir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.

“Onlar ayda 30 minə qədər insanı səfərbər edə bilirlər. Rusların gündəlik orta itkiləri 1250-dir. Yəni, bir ayda onların ümumi itkisi 5-6 mindir və bu, ordunun təxminən 1%-i deməkdir. Ordu üçün ayda 1% azalma elə də ciddi deyil. Amma onlar bir il əvvəlki qədər artmır. Artıq haqqında çox danışılan hücum hərəkətlərini həyata keçirmək üçün isə bunu artırmaq lazımdır”, - Getman bildirib.

Ekspertin fikrincə, rusların ordudakı əsgər sayını artırmaq yolları hələ tükənməyib:

“Onlar 160 min nəfəri hərbi xidmətə çağırıb. Çağırılanların yarıya qədəri ilə müqavilə imzalaya və cəbhə xəttinə göndərə bilərlər. Digər tərəfdən, muzdlu cəlbi üçün mükafatı artırmaları da mümkündür. Digər yol isə əcnəbilərə Rusiya vətəndaşlığının verilməsidir. Və təbii ki, bunlar Şimali koreyalı ola bilər”.

Tarix
2025.04.06 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna müharibəsi bitən kimi Ermənistan çökəcək – Köçəryan

İsrailə qarşı cihad elan olundu

Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Sahibə Qafarova Knessetin sədri ilə görüşdü

İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?

Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi

Erməni ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Sərkisyan

Erməni əsilli şəxslərə dair Türkiyə adından feyk...

Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

Ermənistan rəsmən İlham Əliyevin sözlərini təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla