
Qaçırılan qız var-dövlətinə görə Murtuza ilə ailə qurub?
00:04
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Rusiya ordu qüvvələrinin Basovka kəndini ələ keçirməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko deyib.
O vurğulayıb ki, ruslar dezinformasiya kampaniyası aparır, sərhədlərin pozulması və əhalinin məskunlaşdığı ərazilərin ələ keçirilməsi ilə bağlı yalan məlumatlar yayırlar.
Demçenkonun sözlərinə görə, işğalçılar kiçik hücum qruplarından istifadə taktikasını davam etdirirlər. Onların əsas məqsədi Ukrayna ərazisinə soxulmaq, möhkəmlənmək və döyüş zonasını genişləndirməkdir.
Qeyd edək ki, bundan öncə rus ordusunun Ukraynanın Sum vilayətinin Basovka yaşayış məntəqəsini ələ keçirməsi barədə məlumat yayılıb.
Tarix
2025.04.06 / 22:03
|
Müəllif
Axar.az
|