
Xəstəxananın həyəti gölə döndü - Video
10:58
Ana səhifə İdman |
![]() ![]() ![]() ![]() |
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında üçüncü oyununu keçirib.
Axar.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan milli Monteneqro yığmasının qonağı olub.
Nikşiç şəhər stadionunda təşkil olunan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində yeganə qolu 54-cü dəqiqədə Mana Mollayeva vurub.
Siyasət Əsgərovun yetirmələri bu nəticə ilə xal sayını 5-ə çatdırıb. Milli komanda Monteneqro ilə eyni xala malik olduğu üçün 1 və 2-ci pillələri bölüşdürür.
Qeyd edək ki, Azərbaycan milli komandası növbəti matçını mayın 30-da evdə Litva seçməsinə qarşı keçirəcək.
Tarix
2025.04.08 / 22:38
|
Müəllif
Axar.az
|