Yuxarı

Qaçırılan qız var-dövlətinə görə Murtuza ilə ailə qurub?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Axar.az xəbər verir ki, proqramda müəllif və aparıcı Arzu Kəlbi Nərmin və Murtuza Əliyevlər cütlüyünün evində olub.

Murtuzaya olan sevgisindən bəhs edən Nərmin onunla necə tanış olmasından danışıb:

"Bir-birimizi baldızımın "Son zəng"ində gördük, tanış olduq. Mənə sevgisini etiraf edərək fikrində ciddi olduğunu söylədi. Bundan sonra sevgili olduq. Yaxşı xasiyyəti var, onu çox sevirəm, qayğısına qalıram. Ən çox da Murtuzanın qısqanclığı xoşuma gəlir".

Nərminin sözlərinə görə, ailələr arasında anlaşılmazlıq yarandığı üçün atası onları ayırmağa çalışıb:

"Atamgil məni Murtuzadan ayırmaq üçün Bakıya apardı. Orada 10 gün ac qaldım, amma ondan soyumadım. Telefonumu da əlimdən almışdılar, Murtuza ilə danışa bilmirdik. Evdə mənə təzyiq edirdilər ki, Murtuzadan ayrılım. "Səni başqasına verəcəyik" deyirdilər. Sosial şəbəkələrdə haqqımızda yanlış sözlər yazanlara buradan deyirəm ki, Murtuza ilə var-dövləti üçün yox, xasiyyətinə, özünə görə evlənmişəm".

Murtuza yaşanan anlaşılmazlıqdan sonra Nərmini ailəsindən xəbərsiz qaçırdığını söyləyib:

"Bizi ayırmaq üçün çox çalışdılar, amma alınmadı. Nərmini qaçıranda ailəmin xəbəri yox idi. Onu dostumun dayısıgilə apardım. 2-3 günün ardından Nərminin valideyni gəlib xeyir-dua verdi. Daha sonra toyumuzu etdik".

Ətraflı süjetdə:

Tarix
2025.04.09 / 00:04
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan: Ankara bu prosesdə mühüm rol oynaya bilər

Tiflis Bakının tələb etdiyi jurnalisti azad elədi - Səbəb

Prezident Çin səfirini qəbul etdi - Foto

Naxçıvanla bağlı bu məsələ hələ də həllini tapmayıb...

Ermənistan sərhədə, görün, kimləri yerləşdirdi - Foto

Bu, Əliyev və Putinin görüşündə həll olunacaq - Şevçov

Bayramov Tanya Fayonu qarşıladı

XİN başçılarının müavinləri görüşdü

Milli Məclisin sədri Rusiyada səfərdədir

İlham Əliyev Sloveniya XİN rəhbərini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla