Yuxarı

MKİ-nin direktor müavininin oğlu Ukraynada öldürüldü - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ-nin direktor müavininin oğlu Ukraynada öldürüldü - Foto

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktor müavininin oğlu Ukraynada müharibədə öldürülüb. O, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb və rus ordusunun tərkibində Ukraynaya qarşı döyüşüb.

Axar.az xəbər verir ki, bu barədə “Vajnıe istorii” nəşri məlumat yayıb.

Məlumata görə, MKİ direktorunun rəqəmsal innovasiyalar üzrə müavini Culian Qallina Qloss və İraq müharibəsi veteranı Larri Qlossun 21 yaşlı övladları Maykl Qloss ABŞ-ın ən yaşı kolleclərindən birində təhsil alıb. 2023-cü ildə təhlisini və ailəsinin yaşadığı evi tərk edərək, dünya səyahətinə çıxıb.

Qlossun dostunun sözlərinə görə, bir müddət sonra o özünü Həmzə adlandırıb və Fələstinin tərəfdarı olub.

İstanbulada olarkən, Qloss viza əldə edərək Rusiyaya yola düşüb. Rusiyada olarkən SSRİ bayrağı ilə şəkil çəkdirib, VK sosial şəbəkəsində Leninlə bağlı qrupun üzvü olub və Rusiya Prezidenti Vladimir Putinlə bağlı video paylaşıb.

Vizası bitdikdən sonra Moskvada hərbi xidmətlə bağlı müqavilə imzalayıb və Ukraynaya döyüşməyə yollanıb.

Nəşrin məlumatına görə, MKİ-nin direktor müavinin oğlu desant olub və Donbasda öldürülüb.

Tarix
2025.04.25 / 13:44
Müəllif
Axar.az
Digər xəbərlər

Laos prezidenti Azərbaycana gəldi

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla