Yuxarı

Trampdan film sənayesinə fantastik rüsumlar

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampdan film sənayesinə fantastik rüsumlar

ABŞ Prezidenti Donald Tramp xaricdə istehsal olunan bütün filmlərə 100% rüsum tətbiq ediləcəyini açıqlayıb. O, Amerika film sənayesinin digər ölkələrin vergi güzəştləri səbəbilə "çox sürətli şəkildə öldüyünü" bildirib və bu vəziyyəti "milli təhlükəsizlik məsələsi" adlandırıb.

Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti "filmlərin yenidən Amerikada çəkilməsini istəyirik" deyə çağırış edib.

Qeyd olunur ki, yeni rüsumun necə tətbiq olunacağı hələlik məlum deyil. Bunun kinoteatrlarda nümayiş olunan və ya yayımlanan filmlərə şamil ediləcəyi də bəlli deyil.

Ticarət naziri Hovard Lutnik bu qərarı təsdiqləsə də, əlavə məlumat verməyib.

Hollivud artıq uzun müddətdir istehsal xərclərinə görə film çəkilişlərini xaricə köçürüb. 2023-cü ildə 40 milyon dollardan çox büdcəli Amerika layihələrinin yarısı xaricdə çəkilib. Sənaye ekspertləri xəbərdarlıq edir ki, bu qərar əks-reaksiyalara səbəb ola və ABŞ film sənayesinə zərər verə bilər.

Kanada, Britaniya, Avstraliya və Yeni Zelandiya kimi beynəlxalq istehsal mərkəzləri Trampın açıqlamasına cavab olaraq öz sənayelərini müdafiə edəcəklərini bildiriblər.

Tarix
2025.05.05 / 20:56
Müəllif
Kult.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla