Yuxarı

Almaniyada körpü tikintisi zamanı qəza: ölənlər var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Almaniyada körpü tikintisi zamanı qəza: ölənlər var

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin Horb şəhərində körpü tikintisi zamanı baş verən qəza nəticəsində üç işçi həlak olub.

Axar.az yerli mediaya istinadla xəbər verir ki, hadisə körpü üzərində qaldırıcı platformanın hündürlükdən yerə düşməsi nəticəsində baş verib. Həmin vaxt platformada olan işçilərin üçü də hadisə yerində ölüb.

Hazırda qəzanın səbəbləri aydınlaşdırılır. Baden-Vürtemberqin federal əyalətinin nəqliyyat naziri, Yaşıllar partiyasının üzvü Vinfrid Herman bu hadisənin əyalətdə yol tikintisi sahəsində baş vermiş ən ağır əmək qəzalarından biri olduğunu bildirib.

Qeyd edək ki, qəzanın baş verdiyi körpü əhəmiyyətli infrastruktur layihəsinin tərkib hissəsidir. Nekar vadisinin üzərində tikilən körpünün nəqliyyat axınının şəhərin mərkəzindən uzaqlaşdırılmasına imkan yaradacaq. Hündürlüyü 90, uzunluğu 2100 metr olacaq körpünün inşasının 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Tarix
2025.05.20 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevadan Prezidentin paneldə iştirakı ilə bağlı paylaşım

Ukrayna baş naziri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Qətərin baş naziri ilə görüşdü

İlham Əliyev böyük, dahi liderdir - Prezident

İlham Əliyev Fink və Oqunlesi ilə görüşdü

Türkiyə-Ermənistan yaxınlaşması... - İlham Əliyev

Ermənistan tərəfindən müraciət daxil oldu ki... - Prezident

İlham Əliyev mənim dostumdur - Vuçiç

Vəziyyəti nəzarət altına alsaq, uğur mümkündür - Prezident

Ermənistan prezidenti İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla