
Altıağacdakı ayılar ölkədən köçürülüb? - Rəsmi
19:10
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Avropa Birliyi Şurası mayın 27-də AB haqqında müqavilənin 7-ci maddəsinə uyğun olaraq Macarıstanın səsvermə hüququndan məhrum edilməsi məsələsinə dair dinləmələr keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat yayılıb.
“Nazirlər Avropa Parlamentinin təşəbbüsü ilə 7-ci maddə proseduru çərçivəsində Macarıstanla bağlı səkkizinci dinləmə keçirəcək”, - məlumatda deyilib.
Qeyd edək ki, AB haqqında müqavilənin 7-ci maddəsi ümumi dəyərlərə zidd hərəkətlərlə əlaqədar üzv dövlətlərin müəyyən hüquqlarının, o cümlədən ölkənin AB Şurasındakı nümayəndəsinin səsvermə hüququnun dayandırılmasının mümkünlüyünü nəzərdə tutur.
Tarix
2025.05.23 / 10:56
|
Müəllif
Zeynəb Əkbər
|