Yuxarı

Rusiya MN Ukraynanın hücum etdiyini təsdiqlədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki aerodromlara zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İvanovo, Ryazan və Amur vilayətlərindəki hücumlar dəf edilib.

Açıqlamaya görə, Murmansk və İrkutsk vilayətlərində hava limanlarının bilavasitə yaxınlığındakı ərazilərdən PUA-ların buraxılmasından sonra bir neçə təyyarə yanıb.

"Yanğınlar söndürülüb. Hərbçilər və mülki şəxslər arasında itki yoxdur. Terror aktlarının iştirakçılarından bəziləri saxlanılıb", - deyə bildirilib.

Qeyd edək ki, Ukrayna ordusu Rusiyanın strateji bombardmançılarının yerləşdiyi aerodromlara PUA-larla hücumlar edib. Beş şəhərdə beş aerodroma endirilən zərbələr nəticəsində 40-dən çox təyyarə məhv edilib.

Tarix
2025.06.01 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

MM-in növbədənkənar sessiyasının ilk iclası başladı

Bakı Enerji Forumu başladı

OPEK+ hasilatı artırır: Bakı üçün ciddi risk yarandı

Dərs yükü ağır, imtahan çətin… - Ekspertlər təklif verdi

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı

Azərbaycanın bu ölkədə səfirliyi açılacaq

Ceyhun Bayramov Keniyaya yola düşdü

Qərbi Azərbaycan yaradıla bilər - Krılov

Ukrayna Rusiyaya dronları hansı ölkədən keçirib? – Sensasiya

28 Mayı üç qardaşa layiq qeyd etdik - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla