Yuxarı

ABŞ Rusiyaya sanksiyaları yumşaldacaq: Buna məcburdur...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiyaya sanksiyaları yumşaldacaq: Buna məcburdur...

Uzun müddətdir təqdim olunmasına baxmayaraq, hələ də qəbul olunmamış ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına dair qanun layihəsi, çox güman ki, qəbul olunmazdan əvvəl əhəmiyyətli dərəcədə dəyişdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşr qeyd edir ki, Rusiyadan enerji resursları alan ölkələrdən idxal olunan mallara 500 faizlik tarifin tətbiqi ilk növbədə dünyanın ən böyük iqtisadiyyatları – Çin, Hindistan və bir sıra Avropa ölkələri ilə münasibətlərin pozulması anlamına gələcək.

Bildirilir ki, senator Lindsi Qrehem görünür, bu reallığı etiraf edib və bu həftənin əvvəlində Ukraynaya yardım edən ölkələr üçün istisna təklif edib. Bu istisna xüsusilə Avropa Birliyini 500 faizlik rüsumdan xilas edə bilər, çünki Avropa Birliyi hələ də enerjiyə, o cümlədən Rusiyadan gələn qazın 20%-nə ehtiyac duyur.

Nəşr yazır ki, qanun layihəsi yenə də şübhəli görünür. Birincisi, ABŞ özü hələ də Rusiyadan uran alır və bu maddə də Qrehemin qanun layihəsinə daxil edilib. İkincisi, Çin və Hindistandan idxala yüksək rüsumun tətbiqi ABŞ daxili bazarına zərbə vura bilər, çünki bu bazar böyük dərəcədə bu ölkələrdən gələn idxaldan asılıdır.

“Çində istehsal olunan malların idxalına 500 faizlik tarifin tətbiqi qiymətlərin kəskin qalxmasına, təchizat zəncirlərinin pozulmasına və ABŞ-da işsizliyin tənəzzül səviyyəsinə qədər artmasına səbəb ola bilər”, – nəşr qeyd edib.

Tarix
2025.06.08 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla