Yuxarı

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə yeni münasibətlər sistemi formalaşdırmaqdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

"Görünür, Trampın öz planları İranın nüvə silahı problemini həll etməkdən daha böyükdür. Aydındır ki, ABŞ prezidentinin məqsədi İsrailin bütün düşmənlər üzərində utopik qələbəsi deyil, Vaşinqtonun Yaxın Şərqdə təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq yeni münasibətlər sisteminin formalaşmasında qətiyyətli iştirakıdır",- o bildirib.

Onun sözlərinə görə, təsadüfi deyil ki, münaqişədə ən mühüm danışıqlar rolunu Qətərə həvalə ediblər:

"Ötən gün ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff prezidentin əsas məqsədlərindən birini "İbrahim razılaşmaları"nı genişləndirmək olduğunu açıqlayarkən, onlara qoşulacaq ölkələrlə bağlı tezliklə bəzi mühüm mesajlar elan edəcəyini deyərkən, eləcə də insanların heç ağlına belə gətirmədiyi ölkələrlə münasibətləri normallaşdıracağını bildirərkən məhz bunu nəzərdə tuturdu".

Tarix
2025.06.27 / 18:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Nikol Türkiyə ilə saziş imzaladı, rusları çıxarır – Saakaşvili

Sübhaninin təxribatçı iddiası... – XİN-dən açıqlama

“Qərbi Azərbaycan” ifadəsini işlətmək yolverilməzdir - Sübhani

İrandan təxliyə davam edir: ölkəmizə gələnlər... - Foto

İsraillə qarşıdurma: İran əmindir ki, Bakı buna imkan verməz!

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

İran-İsrail qarşıdurması: Bakı ilə bağlı cəfəngiyyat... - Prezident

İlham Əliyev İran səfirini qəbul etdi - Foto

Yaşar Gülər Kərim Vəliyevi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla