
Pakistan antiterror əməliyyatı keçirdi
00:26
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bilecik vilayətində baş verən meşə yanğınları nəticəsində 3 kənddə 23 ev və ümumilikdə 47 obyekt tamamilə dağılıb, 41 ev və 25 tövlə, anbar kimi tikili isə ciddi ziyan görüb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum sosial media hesabında paylaşım edib.
O bildirib ki, Bilecikin Gölpazarı və Osmaneli rayonlarında baş verən yanğınları ilk andan etibarən yaxından izləyirlər.
Nazir bildirib ki, iki rayondakı 3 kənddə 128 tikiliyə baxış keçirilib:
"Ümumilikdə 150 ərazi dəyərləndirilib. 23 ev və 1 məscid də daxil olmaqla, 47 obyektin tamamilə dağıldığı, 41 evlə yanaşı 25 tövlə və anbar kimi iaşə obyektinin isə ağır ziyan gördüyü müəyyən edilib".
Tarix
2025.06.29 / 17:39
|
Müəllif
Axar.az
|