Yuxarı

Gürcüstanda torpaq sürüşməsi baş verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Gürcüstanda, xüsusən də İmereti bölgəsində torpaq sürüşməsi baş verib. Sürüşmə yaşayış binalarına, yollara və kənd təsərrüfatı torpaqlarına ziyan vurub.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İmereti qubernatorunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, sürüşmə proseslərinin intensivləşməsi ilə əlaqədar İmeretinin Xaraqauli rayonunun Qverki və Hemaqali kəndlərinin bəzi sakinləri təxliyə edilib.

Sürüşmə yaşayış binalarına, yollara, kənd təsərrüfatı sahələrinə ziyan vurub.

Geoloqlar sürüşmə proseslərinin səbəblərini müəyyən etmək və mümkün risklərin proqnozunu hazırlamaq üçün hadisə yerinə gəliblər.

“Xaraqauli meriyası vəziyyəti diqqətlə izləyir və rəsmi rəylər və mütəxəssislərin tövsiyələri əsasında bütün lazımi tədbirləri görəcək”, - mətbuat xidməti qeyd edib.

Tarix
2025.06.29 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla