Yuxarı

Ərdoğanın Putinə məktubu: Kremlin saytı düzəliş etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Putinə məktubu: Kremlin saytı düzəliş etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubunun Kremlin rəsmi saytında yayımlanan mətninə düzəliş edilib.

Axar.az xəbər verir ki, "mətnin ingilis dili tərcüməsinin təkmilləşdirilməsi" kimi izah edilən dəyişiklik bundan ibarətdir:

Kremlin yaydığı ilk məktubda Türkiyə prezidenti rus pilotun ailəsinə üz tutaraq "onlardan üzr istəyirəm"( I apologise to them) deyə başsağlığı verir. Hazırda saytda yerləşdirilən məktubda isə prezident pilotun ailə üzvlərinə üz tutaraq "Bizi bağışlayın" (Excuse us) deyə müraciət edir. İngilis dilinin Kembric lüğətində "apologise" – "üzr istəyirəm" feli şüurlu şəkildə atılan hər hansı addımdan (düşünülmüş səhvdən) sonra üzrxahlıq edərkən istifadə olunur. "Excuse" feli isə bilmədən edilən hər hansı səhvdən sonra işlənir.

Məsələ ilə bağlı mətbuata açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov faktı təsdiqləyib və əvvəlki mətnin dəyişdirilməsini tərcümənin "dəqiqləşdirilməsi" kimi qiymətləndirib.

Tarix
2016.06.28 / 21:25
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla