Yuxarı

Azərbaycana ABŞ-dan turist axını artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana ABŞ-dan turist axını artdı

2025-ci ildə Azərbaycana Amerika qitəsi ölkələrindən 36 126 turist gəlib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 2,3% azdır.

İl ərzində ən çox turist ABŞ-dan gəlib - 23 952 nəfər. Bu, 1 il əvvələ nisbətən 4,5% çoxdur.

Bundan əlavə, Kanadadan – 5 477 (+2,9%), Braziliyadan - 2 458 (-34,6%), Meksikadan – 1 023 (-5,2%), Kolumbiyadan - 944 (-17,9%), Argentinadan - 524 (+5,4%) Ekvatordan - 216 (+13,7%), Çilidən - 213 (-19,9%), Venesuelladan – 201 (+12,3%), Perudan - 182 (-12,5%), Kosta-Rikadan – 162 (-22,5 %), Kubadan – 128 (-14,1%), Sent-Kits və Nevisdən– 136 (-10,5%), Trinidad və Tobaqodan 110 (-35,7%), Uruqvaydan - 82 (+13,9%), Boliviyadan 67 (-18,3%), Yamaykadan 37 (-59,8%), Panamadan – 33 (-42,1%), Dominikandan 32 ( -63,2%), Paraqvaydan 30 (-40%), Qvatemaladan 26 ( -65,2%), Haitidən 22 (+29,4%), Hondurasdan 23 (-56,2%), Salvadordan 17 (-19%), Nikaraquadan 14 (-6,7%), Surinamdan 13 (-65,8%) Belizdən 3 nəfər (-90,3%) və Qayanadan cəmi 1 (-94,4%) turist gəlib.

Ötən il Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud əvvəlki illə müqayisədə 2,1% az əcnəbi və Azərbaycan vətəndaşlığı olmayan şəxs gəlib.

Tarix
2026.02.05 / 09:22
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla