Aureliya Qriqoriu:
"Dünya ictimaiyyətini azərbaycanlıların
soyqırımı haqqında məlumatlandırmağı özümə borc
bilirəm".
Xəbər verildiyi kimi, Diaspor
Jurnalistləri Birliyi "Azərbaycanın xaricdəki əcnəbi dostları" adlı
layihə həyata keçirir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə
münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana
diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən
Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. fikir
adamlarından müsahibələr hazırlanır. Layihə çərçivəsində növbəti
müsahib Moldova Respublikasının ombudsmanı Aureliya
Qriqoriudur.
- Bilmək istərdik ki, siz
həyat yolunuz və karyeranızı necə qurubsuz?
- Bu sual məni düşünməyə və həyatıma bir sıra yekun nəticələr
verməyə məcbur edir. Mən özümü xöşbəxt hesab edirəm. Məni sevən
həyat yoldaşım, gözəl uşaqlarım, məni anlayan valideynlərim,
sevimli işim var. Öz peşəkar karyeramda parlament vəkili vəzifəsini
müəyyən bir vektor kimi qəbul edirəm. Sizin sualınızı
cavablayarkən, düşündüm ki, bu vəzifədə mən insan haqlarının
müdafiəsi üçün hər şeyi etmişəmmi? Qeyd edə bilərəm ki, çox işlər
görülüb. Moldovada insan haqlarının qorunmasında ən böyük
nailiyyətim olan, Konstitusiya Məhkəməsindəki qalibiyyətlərimi
göstərə bilərəm, bunlardan, məsələn, işçilərin xəstəlik kağızları
üzrə ödəmələrinin ləğv olunması qeyd edilə bilər. Mənim təklifimlə
Konstitusiya Məhkəməsinin qərarına əsasən, hər il işçilərin
əməkhaqqından 20 milyondan artıq tutulmalar alınmır. Mənim inadlı
təkidimlə və Baş nazir Vlad Filatın köməyi ilə əlillərin hüquqları
haqqında hökümət tərəfindən Konvensiyanın patifikasiya proseduru
təşəbbüsü həyata keçirilib. Mənim təşəbbüsümlə və rəhbərliyin
bilavasitə köməyi ilə Moldovada 15 il ərzində ilk dəfə olaraq insan
haqlarının qorunması üçün Ombudsmanlar üzrə beynəlxalq konfrans
keçirilib. Parlament vəkili vəzifəsində işləmək mənə imkan verdi
ki, dünya siyasi elitalarının nümayəndələri ilə tanış oldum. Bu cür
insanlarla təmasda olarkən, mən bütün bəşəriyyət və cəmiyyət
qarşısında qoyulan məsələləri daha dolğun dərk etməyə başladım.
Qeyd etmək istəyirəm ki, planlaşdırdığımız məsələlər hamısı həyata
keçirilməyib. Mənim gələcək karyerama gəldikdə isə düşünürəm ki,
hansı yolu seçib davam etdirim. Öz namizədliyimi xalq vəkili
seçkilərinə verim, yaxud özümü siyasi karyeraya həsr edim.
- Xarici ölkə vətəndaşlarının arasında siz Azərbaycanın
yaxın dostuna çevrilmisiniz. Sizin Azərbaycana olan sevginiz
haradan qaynaqlanır?
- Qısa cavab verəcəm. Sizin ölkəyə ilk dəfə gələrkən və
Azərbaycan xalqı ilə görüşərkən özümü evimdəki kimi hiss etdim.
Azərbaycan mənim ürəyimə yatdı. Düşünürəm ki, sizin ölkənin
xəritəsinin qartala oxşaması təsadüfi deyil. Xalqın
qonaqpərvərliyi, onun xeyirxahlığı heç bir xoşməramlı insanı
Azərbaycana laqeyd yanaşmağa qoymaz.
- Sizcə, Azərbaycan və Moldova arasında münasibətlər
necə inkişaf edir?
- Azərbaycan Moldova üçün dost ölkədir. Ölkələrimiz arasında
münasibətlər, hesab edirəm ki, yaxın olmalıdır. Bizim ölkələrin
ümumi problemi var - "dondurulmuş münaqişələr". Və zənnimcə, bizim
dost ölkələrimizin mövqeləri bu məsələlərdə daha da yekdil
olmalıdır. Biz beynəlxalq səviyyədə bir-birimizin dayağını hiss
etməliyik. Bundan başqa, bizim ölkə və əhalimizin inkişaf
müvəffəqiyyətləri, mədəniyyəti və tarixini əks etdirən mətbu
orqanların yaranmasını istərdim. Hətta birgə analitik
Azərbaycan-Moldova mərkəzinin yaranması da ola bilər. Bizim
ölkələrin xalqları xeyirxahlığı, səmimiliyi və qonaqpərvərliyi ilə
bir-birinə oxşayırlar. İstərdim ki, ölkələrimiz arasında
münasibətlər daha sıx və yaxın olsun.
- Dağlıq-Qarabağ məsələsinə dair Moldovanın rəsmi
mövqeyi haqqında nə deyə bilərsiniz?
- Rəsmi Moldova Dağlıq Qarabağ məsələsi üzrə BMT-nin Baş
Assambleyasının qətnaməsini bəyənib. Lakin mən belə fikirləşirəm
ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
Moldovanın daha geniş məlumatlandırılması lazımdır. Mən Moldovada
Qarabağ müharibəsi haqqında az məlumatın olması ilə qarşılaşdım.
Ermənilər tərəfindən Dağlıq Qarabağ və 7 rayonun işğal olunmasını,
əsasən azərbaycanlıların soyqırımı və Xocalı faciəsi haqqında heç
kəsin xəbəri belə olmamasını da qeyd etmək istərdim. Demək
istəyirəm ki, vəzifəmdən asılı olmayaraq, Moldova cəmiyyətini və
dünya ictimaiyyətini bu hadisələr haqqında məlumatlandırmağı özümə
borc bilirəm. İmkanım daxilində, Qarabağ məsələsi üzrə BMT-nin Baş
Assambleyasının qərarının və qətnaməsinin yerinə yetirilməsi
işlərində iştirak edəcəyəm. Mənim arzum odur ki, bizim ölkələr,
parlamentlər və hökümətlərimiz arasında mədəni, dostluq və siyasi
münasibətlər inkişaf etsin, şəhər və kəndlərimiz və xalqlarımız
qardaş kimi olsunlar.
- Ermənilər tərəfindən sizə qarşı təhdidlər davam
edirmi?
- Təhdidlər haqqında suallara daha cavab vermək istəməzdim. Belə
vəziyyət fasiləsizdir. Yeni nə demək istərdim. Mənə, Azərbaycandan
olan erməni qaçqınlar müraciət edib xahiş edirlər ki, mən onlara öz
vətənləri olan Azərbaycana qayıtmaqda kömək edim. Onların
Ermənistanda çox acınacaqlı vəziyyətləri haqqında yazdıqları
fikirlər heç bir ağla sığışmır.
- Bu, düzdür ki, sizin ombudsman vəzifəsinin bitməsinin
vaxtı çatıb? Əgər belədirsə, gələcəkdə nə ilə məşğul
olacaqsınız?
- Mənim vəzifə borclarım hələ bitməyib. Mən hələ Moldova
Respublikasının ombudsmanı vəzifəsini icra etməkdə davam edirəm. Bu
il mayın 9-da Moldovada yeni qanun qüvvəyə mindi - "Xalq vəkili
haqqında" qanun. Bu qanuna əsasən, bizim ölkədə iki vəzifədən
ibarət ombudsman yaradılıb, xalq vəkili və uşaq haqları üzrə
ixtisaslaşdırılmış xalq vəkili. Hazırda bu vəzifələrə namizədlər
üzrə xüsusi parlament komissiyası işləyir.
– Dağlıq Qarabağın separatçılar tərəfindən zəbt olunması
və Azərbaycan ərazisinin Ermənistan tərəfindən işğal olunması
məsələsi barəsində işinizi davam etdirirsinizmi?
- Əlbəttə, davam etdirirəm. Bu iş konkret hüquqi işlər tələb
edir ki, bunları mən danışıram, lakın heç nə edə bilmirəm.
Zənnimcə, Allahın köməyi ilə Ermənistan tərəfindən işğal olunmuş
Dağlıq Qarabağ və ətraf 7 rayon yaxın vaxtlarda azad olunacaq.
Sözümü Nizami Gəncəvinin kəlamları ilə bitirmək istərdim: "Hərəkət
etmək lazımdır, bir göz qırpımına tez inan. Axı, hərəkətsiz qalmaq
donub-qalmağa gətirib çıxarır".