Yersiz utancaqlıq - psixoloji çatışmamazlıqlardan
biridir ki, elmi dildə ona ictimai qorxu deyirlər. Bu xəstəliyə
düçar olan hər bir insan cəmiyyətdə iştirak etməkdən çəkinər və
uzaq olar. Yersiz utancaqlığın dərəcələri vardır. Bəzi insanlar
ictimai tədbirlərdən və cəmiyyətdə görünməkdən çəkinirlər və
bəziləri isə çıxış etməkdən və natiqlikdən qaçırlar.
Axar.az dəyərlər.org-a istinadən bildirir ki, bu cür insanlar
əgər məcburi şəkildə ictimai tədbirlərdə iştirak edərlərsə, çox
əziyyət çəkirlər. Yersiz utancaqlıq - çox zərərli və insanı gücsüz
edən bir haldır. Ancaq get-gedə öz-özünə müalicə olunur. O kəslər
ki, yersiz utancaqdırlar, təhsil və peşə məsələlərində çətinliklə
üzləşirlər. Bu cür insan öz istedadlarını biruzə verə bilmir.
Qabiliyyətlərindən tam şəkildə faydalana bilmir.
Yersiz utancaq insan ictimai işlərdə iştirak etmir, hər sözü
deyə bilmir, bir növ proseslərdən kənara çəkilir. Cavanlar üçün bu
çox təhlükəlidir. Onları ictimai rabitələrdən uzaq saxlaya
bilər.
Psixoloqların nəzərinə görə həqarət hissi, izzəti nəfsin aşağı
olması, qorxu və məharətlərini büruzə verməmək uşaqlıq dövründə
çoxlu tənbeh və təhqir edilməkdən irəli gəlir. Bəziləri soruşur ki,
bəs bu xəstəliyin müalicəsi varmı? Bəli, bu mümkündür. Xüsusilə də
onun mənbəyi tanınsa.
Psixoloqların nəzərinə görə bu cür uşaqları ictimai tədbirlərə çox
aparmaq lazımdır. İmam Əli (ə) buyurur:"Böyük cəmiyyətlərə qoşulun,
çünki Allahın əli camaatladır".
İzolyasiyaya meyli olan insan əxlaq kamalına çatmaz. Problemlərlə
qarşılaşan zaman tez məğlub olar. İmam Əli (ə) izolyasiyaya
çəkilməyi şeytanla bir yerdə olmaqla bərabər tutmuşdur. İmam (ə)
buyurur: "Tənhalıqdan çəkinin, çünki tənha insan şeytanın
qidasıdır. Necə ki, tənha qoyun canavarın qidasıdır".
Yersiz utancaq olan insan həmişə qəlbində narahat olar,
başqalarının onu alçaltmasından qorxar. Bu qorxu onu qəfəsdə olan
pərvanə kimi həbsdə saxlayar.
Ona görə də belə cavanı cəmiyyətə tərəf çəkmək lazımdır. İmam
Əli (ə) buyurur: "Şücaət hazır (aşkar) izzətdir, xəcalət isə aşkar
zillətdir!".
İmam (ə) başqa yerdə buyurur: "O zaman ki, bir şeydən qorxursan,
özünü ona at ki, həmin qorxu onun özündən çətin və
qorxuludur".
İmam (ə) buyurur: "Şücaət - zinətdir, qorxu - eybdir".
Beləliklə əgər belə bir xəstəliyə düçar olmuşuqsa, gərək onu
müalicə edək və cəmiyyətdəki tədbirlərdə daha çox iştirak edək.