Yuxarı

Fironların meyvəsi: əncirin inanılmaz faydaları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fironların meyvəsi: əncirin inanılmaz faydaları

Əncir tarix boyu bolluq və bərəkətin simvolu olub. Bəzi din adamlarına görə, cənnətin qadağan edilən meyvəsi alma deyil, əncirdir.

Axar.az xəbər verir ki, fironların məzarlarında bir səbət əncir qalığı tapılıb. Misir ordusunun düşmənlərini zəiflətmək məqsədi ilə xüsusilə əncir ağaclarını kəsməsi tarixi qeydlərdə əks olunub. Yəhudi dininin müqəddəs hesab etdiyi, eləcə də önəmli günlərdə qəbul etdiyi meyvələrdən biri də əncirdir. Əncir enerji meyvəsi olduğu üçün antik Yunanıstanda olimpiya oyunlarında idmançılara məşq qidası kimi təqdim edilirdi.

Kleopatra ona hədiyyə edilən əncir səbətindəki gürzə ilanının sancması nəticəsində ölüb…

Bu meyvənin qurusunun da, suyunun da insan orqanizminə faydası çoxdur.

Əncirin faydaları

- sümük sağlamlığı üçün faydalıdır

- ürəyin sağlamlığını qoruyur

- həzm sistemini yaxşılaşdırır

- qəbzliyin qarşısını alır

- təzyiqi balanslaşdırır

- dəri xəstəliklərinə qarşı faydalıdır

- ağrıları azaldır

- saçları gücləndirir

Əncir qurusunun faydaları

- həzm sistemi üçün faydalıdır

- çəki atmağa yardımçı olur

- yüksək təzyiqin qarşısını alır

- bədənin natrium səviyyəsini tarazlaşdırır

- xəstəliklərlə mübarizədə faydalıdır

- xərçəngin qarşısını alan xüsusiyyəti vardır.

Əncir suyunun faydaları

- yuxusuzluğu aradan qaldırır

- bronxları açır

- kalori yandırmağa, uşağın inkişafına kömək edir

- yaşlanma ilə bağlı xəstəlikləri önləyir

- saçlar üçün faydalıdır

- maddələr mübadisini gücləndirir.

Qeyd edək ki, əncir çox faydalı qida olsa da, çox qəbul etmək əks təsirlər göstərə bilər. Bəzi insanlarda allergiyaya səbəb olar. Eləcə də qan şəkərini nəzarətdə saxlamaq üçün dərman istifadə edən şəxslər əks təsirlər haqda həkimindən məlumat almalıdır.

Tarix
2016.12.12 / 01:14
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı

Qriqoryan Azərbaycana gəldi - Mühüm razılaşma...

Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab

Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam

Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı

Hacıyev Brüsseldə NATO Baş Qərargahında - Foto

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla