Yuxarı

Babasil xərçəngə çevrilə bilərmi?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəzi xəstəliklər var ki, onlar xərçəngin inkişafına şərait yaradır. Onları "xərçəngönü xəstəliklər" adlandırırlar.

Sağlamolun.az-ın məlumatına görə, belə xəstəliklər çoxdur - uşaqlıq boynu eroziyası, mədə xorası, Kron xəstəliyi, istənilən orqanda (uşaqlıq, bağırsaq, mədəaltı vəzi, öd kisəsi və s.) poliplər və s.

Babasil çox yayılmış xəstəlik olduğundan insanlar bu xəstəliyin də xərçəngə çevirib-çevrilməməsi barədə həkimlərə tez-tez suallar verir. Babasildən əziyyət çəkənlərə xoş xəbər - babasil xərçəngə çevrilmir. Lakin onu da nəzərə almaq lazımdır ki, bu iki xəstəliyin (babasil və yoğun bağırsaq xərçəngi) simptomları oxşardır - defekasiya zamanı qanın ifraz olunması, qəbizlik, ağrılar və s. Bu səbəbdən xəstəliyin dəqiq diaqnozunu yalnız həkim lazım olan müayinə və analizlədən sonra qoya bilər.

Babasil xərçəngönü xəstəliyi olmasa da, onu mütləq və vaxtında müalicə etmək lazımdır ki, babasil gecikmiş mərhələlərdə çox ciddi ağırlaşmalar verir .

Tarix
2017.06.09 / 01:29
Müəllif
Axar.az
Digər xəbərlər

Afrika ölkələri ilə əməkdaşlığı yüksək qiymətləndiririk - Rəfiyev

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

NATO iclasında Azərbaycana qarşı hücumlardan danışıldı

Sibiqa Şəhidlər xiyabanını ziyarət etdi

XİN Afrika Günü ilə bağlı paylaşım etdi

Kiyev Bakının bu qərarını alqışlayır - Sibiqa

Buna görə Azərbaycana minnətdarıq - Sibiqa

Azərbaycan Ukraynanın ərazi bütövlüyü tanıyır - Bayramov

Ukraynaya 40 milyon dollardan artıq yardım... - Bayramov

Zelenski İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla