Yuxarı

MM təsqidlədi: bu şəxslərə dərman satılmayacaq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
MM təsqidlədi: bu şəxslərə dərman satılmayacaq

Milli Məclis Azərbaycanda 14 yaşı tamam olmayan şəxslərə dərman vasitələrinin satışını qadağan edən dəyişiklik layihəsini qəbul edib.

Report-un xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Qanunun hazırda qüvvədə olan 13-cü (Əhaliyə dərman vasitələrinin buraxılması) maddəsinə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Aptek təşkilatlarında "Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı"na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Optik ləvazimatlar, ətriyyat-kosmetika, uşaq yeməkləri, müalicəvi mineral sular, bioloji fəallığa malik qida əlavələri və şəxsi sanitariya-gigiyena malları istisna olmaqla, aptek təşkilatlarında digər malların satılması qadağandır. Həkim resepti əsasında buraxılan dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddəyə yeni - 13.3-1 bənd əlavə edilib. Həmin bəndə əsasən, Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan olunub.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Tarix
2018.02.01 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla