Yuxarı

Həkimlər daha bir ananı öldürdülər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlər daha bir ananı öldürdülər

Ötən gün axşan saatlarında İsmayıllı rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

AzVision.az-ın əldə etdiyi məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. Körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da körpə yolda keçinib.

Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər.

"Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər"-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər.

Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub.

Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisəsə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi.

Hadisə ilə bağlı hazırda araşdırma aparılır.

Tarix
2014.11.25 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla