Yuxarı

Daha bir körpə doğuş zamanı öldü - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir körpə doğuş zamanı öldü - Video

Qubada doğuş zamanı ölüm hadisəsi qeydə alınıb. Ana salamat qalıb, körpə isə ölüb. 44 yaşlı ananın qohumları uşağın meyitinin qaytarılmamasından narazıdırlar.

ANS press xəbər verir ki, öz körpəsini itirən bu dəfə Xaçmazın Xudat şəhər sakini, 44 yaşlı Zeynəb Seyidovadır. Onun bacılarının sözlərinə görə, hamilə qadın qan təzyiqi aşağı düşdüyündən evdə yıxılaraq zədə alıb. Zeynəb Seyidova ailə üzvləri tərəfindən əvvəlcə Xudat, sonra Xaçmaz xəstəxanasına aparılıb. İlk yardımdan sonra isə həkimlər tərəfindən Qubadakı Regional Perinatal Mərkəzinə çatdırılıb və cərrahiyyə əməliyyatı edilib. Amma ana yıxılarkən uşaq zədə aldığından ölü doğulub. Qohumları bildirir ki, təxminən bir sutkadır 7 aylıq doğulan körpənin meyiti onlara qaytarılmır.

Bacısı Rəfiqə Axundova: "Dünəndən biz bax, buradayıq, hələ bizə uşağı vermirlər, gətirib morqa qoyublar, morqda saxlayırla"r.

"Dünəndən uşaq qalıb burda. Uşağı nə vermirlər, nə də bizə göstərmirlər. Bilmirik uşağın başına nə iş gəlib. Versinlər aparaq dəfn edək" – deyə bacısı Ceyran İsayeva bildirib.

Quba rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Əlyar Sərvərov uşağın ölümünü ananın zədə alması ilə əlaqələndirdi. Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı olunaraq ana xilas olunub, uşaq isə ölü olaraq götürülüb. Körpənin meyitinin ailəyə verilməməsinə gəldikdə isə Səhiyyə Nazirliyinin Məhkəmə -Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin Müdiri Cingiz İskəndərov başqa bir hadisə də olduqundan bu prosesin bir neçə saat gecikdiyini söylədi. Uşağın meyiti artıq ailəsinə təhvil verilib.

Faktla baqlı Quba polis şöbəsində araşdırmalara başlanılıb.

Tarix
2014.12.12 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla