Yuxarı

Yabanı çiyələk: Necə istifadə edək?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yabanı çiyələk - dərman kimi meyvələrindən və yarpaqlarından istifadə edilir.

Axar.az xəbər verir ki, yetişmiş meyvələri yığılır, gündə və ya sobada 600C-yə qədər temperaturda qurudulur. Yarpaqları çiçəkləmə dövründə yığılır, dəstə şəklində bağlanıb, təmiz havada kölgədə asılaraq qurudulur. İnsanlar çiyələkdən hələ eramızdan əvvəl istifadə etmişdilər. Çiyələk pəhriz ərzağı kimi qaraciyər, ürək, böyrək xəstəliklərində və avitaminozda C vitamininin mənbəyi kimi məsləhət görülür. Bağırsaqların fəaliyyətini tənzimləmək üçün çoxlu miqdarda çiyələk yemək lazımdır. Çiyələk maddələr mübadiləsini tənzimləyir və xolestrinin və zəhərin çıxmasına kömək edir. Çiyələyin meyvəsi susuzluğu kəsir və iştahanı artırır. Yarpaqlarının və meyvələrinin şirəsi sidikqovucu və podaqranın müalicəsində vitamin vasitəsi kimi işlədilir. Vitaminlərlə çox zəngin olduğu üçün radiasiya ilə zədələnmədən mühafizə vasitəsi sayılır. Çiyələk xalq təbabətində geniş istifadə edilir. M.A.Nosal yazır ki, "Əgər biz 3-4 həftə davam edən çiyələk mövsümündən düzgün istifadə etsək, kurortlara az ehtiyac olar".

Hipertoniyada, atrosklerozda, öd və sidik daşı xəstəliklərində çiyələk işlədilirdi. Təzə çiyələk meyvəsinin duz mübadiləsi pozulanda (ostexondroz), xolesistitdə, babasildə, mədə şirəsi az olan qastritdə və qurd əleyhinə dərman kimi ac qarına qəbul etməyi məsləhət görürdülər. Yaraları, ekzemanı, üzdəki piqment ləkələrini müalicə üçün xaricə işlədilir. Ekzemanı müalicə etmək üçün yetişmiş çiyələyi təmiz kətan parçaya sürtüb 3-4 gün xəstə yerə bağlamaq lazımdır. Çiyələk yarpaqlarının çayı sidikqovucu, qankəsici və anginada qarqara etmək üçün gözəl vasitədir. Çiyələk yarpaqlarının həlimi ilə ağızı qarqara etdikdə, damaqları və laxlayan dişləri bərkidir. Qafqazda çiyələk şirəsi ürək xəstəliklərinin müalicəsində işlədilir. Yarpaq və köklərinin həlimi sarılıqda və babasildə faydalıdır. Öd daşı və böyrək xəstəliklərini çiyələklə aşağıdakı kimi müalicə etmək olar. Bu hamı üçün mümkün olan həm də dadlı bir üsuldur. Çiyələk mövsümündə (3-4 həftə) hər gün 3-5 stəkan çiyələk yığıb yemək bu əzablı xəstəliyi uzun müddət yaddan çıxardır və həm də daş əmələgəlməsinin qarşısını alır. Çiyələyi xəstənin özü yığıb yeməsi daha faydalıdır və yadda saxlamaq lazımdır ki, yığılmış çiyələkləri qaynanmış soyuq su ilə yuyub yemək lazımdır. Çiyələk həddən artıq şəfavericidir. Bundan ləzzətli və faydalı dərman təsəvvür etmək çətindir. Çiyələk soyuq südlə çox ləzzətlidir. Dadına baxın. Qədimdə belə bir məsəl vardır ki, hansı evdə çiyələk var, o evdə həkimə iş yoxdur. Elə bir xəstəlik tapıb demək olmaz ki, onda çiyələk işlədilməsin və faydalı olmasın. Çiyələk skleroz əleyhinə təsirə malikdir və qanın tərkibini yaxşılaşdırır. Orqanizmin ümumi zəifliyində, qanazlığında və yuxusuzluqda çiyələk faydalıdır. Çiyələk ürəyin fəaliyyətini yaxşılaşdırır. Çiyələk bitkisinin çayı ağ ciyər xəstəliklərində: bronxial astmada, vərəm xəstəliyində və vərəm xəstələrinin gecə tərləməsində faydalıdır. Mədə yarası xəstəliyində çoxlu miqdarda çiyələk yemək faydalıdır. Çiyələk bitkisinin çayı (həlimi) yoğun və nazik bağırsaqların kataraktında, qaraciyərin, dalağın, öd kisəsinin və böyrəklərin iltihabında işlədilirdi. Xalq əsrlər boyu bu çaydan içmişdir, çünki bu çay çox zərərsizdir və həm də faydalıdır. Çiyələk podaqra xəstəliyində səmərəlidir. Böyük botanika alimi Karl Liney çoxlu miqdarda təzə çiyələk yeməklə özünü podaqra kimi xəstəlikdən tamamilə müalicə etmişdir. Ağız və boğaz iltihabında, ağızdan pis iy gələndə, çiyələyin yerüstü çiçəkləyən hissəsindən (xırdalanmış) bir litr suda 4-5 xörək qaşığı həlim bişirmək, ağız və boğazı qarqara etmək. Üzdəki müxtəlif ləkələri təmizləmək və üzün dərisinin rəngini yaxşılaşdırmaq üçün bu həlimlə üzü yumaq və üzə məlhəm qoymaq məsləhətdir.

Bu həlimdən gündə 3-4 dəfə yeməkdən qabaq 1/3 stəkan içdikdə maddələr mübadiləsi normallaşır, tərləmə azalır və qan tənzimlənir. Çiyələk şirəsindən və ya əzilmiş çiyələkdən yatmazdan qabaq üzə maska qoymaqla üzün dərisi təmizlənir, təzələnir və yumşalır, qabıq vermir, elastik olur, xırda qırışlar, çillər, anadangəlmə ləkələr və sızaqlar yox olur.

Qeyd etmək lazımdır ki, çiyələyi çox yedikdə bəzi adamlarda allergiya baş verir. Belə halda onu az-az yemək və ya onun şirəsini içmək lazımdır.

Tarix
2019.11.03 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

COP29 Sədrliyi bəyanat yaydı

Bayramov Berbokla görüşdü: Qarayaxma kampaniyası...

Prezident bu nazirə ali xüsusi rütbə verdi

Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!

Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla