Yuxarı

Qaş və kipriklərin tökülməsinin qarşısını necə almaq olar?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların tez-tez üzləşdiyi problemlərdən biri qaş və kipriklərin tökülməsi və zəifləməsidir. Təbii ki, insan orqanizmi daim yeniləndiyi üçün normaldır. Lakin bu şiddətli hal aldıqda həkimə müraciət etmək lazımdır. Əksər hallarda buna kimyəvi maddələr, keyfiyyətsiz kosmetik vasitələr, bəzən də daxili problemlər səbəb olur.

Axar.az xəbər verir ki, Bakıdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova bildirib:

“Qaş və kipriklərin tökülmə səbəbləri hormonal problemlərlə əlaqədar olur, həmçinin hamiləlik dövrü və stress də ona səbəb olan əsas amillərdəndir. Süni kipriklərdən istifadə zamanı kipriklərin dibi tamamilə bağlı olduğuna görə soğancıqların cücərməsinə zərər verir. Süni kipriklərin tökülməsini laminasiya ilə bərpa etmək mümkündür”.
Gündəlik qida rasionunun çoxçeşidliyi və rəngarəngliyi daha sağlam və gur kipriklərə sahib olmağa kömək edir. Vitamin və mikroelementlər qaş və kipriklərin uzanma və güclənməsinə kömək edir.

Həkim-dermatoloq bu barədə məsləhət verərək bildirib: “Dəri kimi kiprik və qaşlar üçün də bir müddət makiyajsız qalmaq, nəfəs almaq faydalıdır. Bundan əlavə onlara düzgün qulluq göstərməklə də inkişafını təmin etmək olar”.

Onun dediyinə görə, qaş üçün istifadə olunan yağlardan biri də gənəkərçək yağıdır. Gənəkərçək yağı kipriklərin uzanmasına və daha qalın görünməsinə kömək edir. Normal halda yatmazdan əvvəl qaşa və kipriyə çəkilməsi müalicəvi təsir göstərir.

Tarix
2020.03.19 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Lavrovun səfəri: Kreml Paşinyandan bunu tələb edir

Ukrayna xarici işlər naziri Bakıya gəlir

İlbər Ortaylıdan etiraf: Biz azərbaycanlıları görmürdük

Orban Əliyev və digər liderlərə belə təşəkkür etdi - Video

Prezidentin X hesabında Budapeşt səfərindən video yayıldı

İsrail və Türkiyə Bakı görüşündən sonra "qaynar xətt" yaratdı

İlham Əliyevin Budapeşt səfəri başa çatdı

Həyatda iki məqsədim var: Bakıdan onları almaq… - Sərkisyan

Paşinyanın imzaladığı sülh sazişini ləğv edə biləcəyikmi?

İtaliyalı general Bakıda HDQ-ni ziyarət etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla