Yuxarı

Ramazanda necə qidalanmalı?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramazan ayında qidalanma nizamı tamamilə dəyişdirir. Bu səbəbdən oruc tutarkən bədənin ehtiyacı olan qidaları istehlak etmək əhəmiyyətlidir.

Axar.az məlumat verir ki, mütəxəssislər oruc tutarkən sağlam qalmağın sirrini aşağıdaki kimi sıralayır:

İftarda boş mədəni birdən yükləmək olmaz. Orucu xurma ilə açaraq aclıq səbəbi ilə düşən qan şəkəri səviyyəsini normala qaytarmaq olar. Daha sonra yüngül şorba və 1 dilim çörəklə davam etmək məsləhət görülür. Bir az vaxt keçdikdən sonra isə qril, sobada və ya soyutma toyuq, küftə, dolma, ətli paxla kimi qidalar yemək olar.

Qızartmalar, xəmir yeməkləri, şərbətli şirniyyatlar, həddindən artıq ədviyyatlı yeməklər, sosis, kolbasa, qazlı içkilər həzmsizlik və mədə ağrısı yarada bilər.

İmmunitet sistemi ac qaldıqda daha çox zəifləyir və xəstəliklərə tutulma riski artır. Buna görə immunitet sistemini gücləndirmək üçün qatıq və xiyar yemək tövsiyə olunur.

Qan şəkərini sürətlə yüksəldən qidalar əvəzinə kəpəkli çörək, çovdar çörəyi, yarma, noxud, yaşıl mərci kimi toxluq hissi təmin edən qidaları yemək olar.

Ramazanda ən az yeyilən qidalar tərəvəz və meyvələrdir. Halbuki, tərəvəz bu dövrdə bədənin azalan vitamin və mineral ehtiyacını qarşılayır, qəbizliyi aradan qaldırır və tox tutur. Ağır şirniyyatlar əvəzinə ərik, şaftalı, alça və qarpızı Ramazan süfrələrindən əskik etməmək məsləhət görülür.

Ramazan ayı yay mövsümünə təsadüf etdiyi üçün imsaq və iftarda maye qəbulu çox əhəmiyyətlidir. İftardan imsaqa qədər az-az və tez-tez su içilməli, cökə, nanə, şüyüd, çobanyastığı kimi bitki çayları içilməlidir.

Tarix
2015.06.26 / 01:48
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

Quterreş Əliyevlə Paşinyanın görüşünü yüksək qiymətləndirdi

Putin postsovet ölkələrinə müdaxilə üçün fərman imzaladı

Azərbaycan Ukraynaya indiyədək nə qədər yardım edib?

Rusiyanın Azərbaycana qarşı şaftalı savaşına Belarus da qoşuldu

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

BƏƏ-də tarixi görüş: İranın “qırmızı xətti” artıq yoxdur!

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla