Yuxarı

Həkimlər bir jurnalisti öldürüb, digərlərini təhqir etdi - Foto

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkimlər bir jurnalisti öldürüb, digərlərini təhqir etdi - Foto

Feysbuk sosial şəbəkəsində fəaliyyət göstərən "Modern Doctors of Azerbaijan" qrupunda bir neçə gün öncə döyülən, daha sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin ölümünə görə həkimləri tənqid edən jurnalistlər haqda xoşagəlməz sözlər yazılıb.

Həkim Natavan Ramazanzadənin qrupda paylaşdığı statusa həkim Nurlan İbrahimli təhqiredici şərh yazıb. O jurnalistləri "zurnalist" adlandırıb.

Digər həkim Kamil Quluzadə isə daha da irəli gedərək jurnalistlərə "şərəfsiz" deyib.

Azxeber.com məsələylə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, bu statusu yazan Natavan Ramazanzadə Azərbaycan Tibb Universitetində, Türkiyədə isə Çukurova Universitetində təhsil alıb və hazırda baş-boyun cərrahı kimi fəaliyyət göstərir.

Jurnalisti təhqir edən Nurlan İbrahimli də Azərbaycan Tibb Universitetində təhsil alıb.

Digər həkim Kamil Quluzadə isə Quba Müalicə Diaqnostika Mərkəzində həkim - cərrah olaraq fəaliyyət göstərir.

Həkimlərin qrupunda bu cür yazışmasının olması bir daha Azərbaycanda səhiyyənin durumunu və bəzi həkimlərin xəstələrə münasibətini ortaya qoyur.

Mərhum jurnalisti təhqir edən həkimlərin yazışmasını və fotolarını təqdim edirik:

Tarix
2015.08.13 / 10:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

Prezidentin Xanobaya səfəri ilə bağlı paylaşım... - Video

SEPAH və “Bəsic” üzvlərinə İsraildən bu mesaj gəldi

Alyona Əliyeva Novruz yarmarkasını ziyarət etdi

SEPAH yeni hədəfini elan etdi: Bölgə od içində qalacaq!

Mənsimov Monteneqrodan Azərbaycana ekstradisiya edildi

Hikmət Hacıyev Makronun müşaviri ilə görüşdü

Bu, böyük xoşbəxtlikdir - İlham Əliyev

Laricani öldü - İranda nə dəyişəcək?

İranın Azərbaycandakı səfirinin evi vuruldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla