Yuxarı

Bu qidaları uşaqlara vermək olmaz – Nazirlikdən çağırış

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu qidaları uşaqlara vermək olmaz – Nazirlikdən çağırış

Nəinki yay və ya qışda, eləcə də bütün mövsümlərdə uşaqların sağlam və düzgün qidalanması şərtdir.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev yay aylarında uşaqların qidalanması ilə bağlı danışarkən deyib.

O bildirib ki, yay aylarında qidaların hansı şərait və qaydada saxlanmasına diqqət etmək lazımdır:

“Çünki yay mövsümündə bəzi qidaların, xüsusilə də “fast food”, kremli qidalar, göbələk məhsullarının saxlanma şəraitinə ciddi fikir verilməlidir. Bu qidaları uşaqlara vermək olmaz”.

“Hər zaman bildiririk ki, artıq yemək qəbulu orqanizm üçün zərərlidir. Yay aylarında havaların isti keçməsi səbəbindən iştahsızlığın olması normaldır. Ona görə də yüngül həzm edilən qidalara üstünlük verilməlidir ki, bura qatıq, ayran, tərəvəz və züllallı qidalar daxildir. Yay mövsümündə çəki itkisinin olması da təbiidir. Patoloji çəki itkisi hər hansı xəstəliyin göstəricisi demək deyil. Bu sadəcə mövsümlə əlaqəlidir. Uşaqlara əlavə iştah artırıcı və ya vitamin verməyə ehtiyac yoxdur”, - Ə.Quliyev əlavə edib.

Mütəxəssis xatırladıb ki, körpələr ilk 6 ayında heç bir əlavə qida olmadan ana südü ilə qidalanmalıdır:

“Bəzən valideynlər 6-7 aydan başlayaraq uşağına ət verməyə tələsirlər. Nəzərə almaq lazımdır ki, həmin dövrdə körpənin həzm sistemi buna imkan vermir. Uşağın inkişafının sürətli getdiyi dövrdə şirniyyatlardan istifadə edilməsin”.

Tarix
2023.07.12 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla