Yuxarı

Yüksək təzyiqə qarşı əsas qidalar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yüksək təzyiqə qarşı əsas qidalar

Təzyiqin yüksəlməsi birbaşa ürəyə bağlıdır. Qan axının sürətlənməsi nəticəsində baş verən bu xəstəlik bir çoxlarını narahat edir. Hipertoniklər əsasən B3 vitamin tərkibli qidalarla qidalanmaqla xəstəliyin qarşısını ala bilərlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkimlər German Gendelmanın və Yelena Malışevanın sözlərinə görə, hipertoniyadan qorunmaq üçün rasiona vitamin B3 (niasin) olan qidalar daxil edilməlidir. Həkimin dediyinə görə, niasinin damargenişləndirici təsiri var, təzyiqin artmasının qarşısını alır.

“Kifayət qədər vitamin B3 qəbul edən insanlarda hipertoniyaya tutulma riski 35 faiz azalır.

Maddənin mənbələri çovdar çörəyi, qarabaşaq yarması, lobya, qoz-fındıq, təmizlənməmiş taxıl, yumurta sarısı, süd, ət, göbələk, ananas kimi məhsullardır. Ən çox B3 vitamini mayada olur.

Davamlı yüksək qan təzyiqi böyrək damarlarının daralması səbəbindən ola bilər. Bu daralma nəticəsində böyrəklərə qan tədarükü azalır və qoşalaşmış orqan bunu qan təzyiqinin azalması kimi qəbul edir, cavab verir və təzyiqi artırmaqla problemi kompensasiya etməyə çalışır. Belə şəraitdə insanlar antihipertenziv dərmanlar qəbul etməyə başlayırlar, lakin bu da kömək etmir”, - həkimlər qeyd ediblər.

Tarix
2023.07.19 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi

İndoneziya prezidenti Azərbaycana səfər edə bilər

İlham Əliyev onlara müraciət ünvanladı

Azərbaycanda həbsdə olan şəxsə azadlıq vəd etdi...

Bakının strateji itkisi: QMİ-ni kənarlaşdırdılar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla