Yuxarı

Baş bu səbəbdən çox tərləyir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş bu səbəbdən çox tərləyir

Lazım olan vitamin və minerallara malik olmayan bədəndə disfunksiya baş verir və bunun nəticəsində bir çox fəsadlara rast gəlinir. D vitamini də məhz bu vitaminlərdən biridir. Bu vitamin bədəndəki kalsium və fosfat səviyyələrini tənzimləmək üçün lazım olan önəmli vitamin hesab olunur. Həmçinin dişlərin sağlamlığı, sümüklərin və əzələlərin qorunmasına kömək edən bu vitaminin bədəndə əksikliyi zamanı bir çox problemlər baş qaldırır. Hətta bu vitaminin ciddi çatışmazlığı nəticədə uşaqlarda deformasiyaya və yetkinlərdə osteomalasiya kimi tanınan ağrılı sümük vəziyyətinə səbəb ola bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, həkim-terapevt İrina Andreva D vitamini çatışmazlığının simptomları haqqında danışıb.

O bildirib ki, baş nahiyəsinin tərləməsi orqanizminizin daha çox D vitamininə ehtiyacı olmasına işarədir. Sinir-əzələ qıcıqlanması və tər vəzilərinin həddindən artıq tər ifraz etməsi səbəbindən tərləmə də D vitamini çatışmazlığının ümumi erkən simptomu kimi təsvir olunur.

D vitamini çatışmazlığının digər ümumi əlamətlərinə aşağıdakılar daxildir:

Zəif əzələlər

Çəki artımı

Yorğunluq

Zəif sümüklər və oynaqlar

Əlavə olaraq o qeyd edib ki, xüsusilə 50 yaşdan sonra insanlar ən az iki həyati vitamin çatışmazlığı ilə üzləşirlər. Məhz bu səbəbdən bədənin vitamin tələbatını öyrənməli və bu məsələyə daha həssas yanaşılmalıdır.

Tarix
2023.08.10 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla