Yuxarı

Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Uşaqlar arasında yeni virus yayılıb - Nazirlik

Bu gün Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb, qızdırma, öskürək kimi əlamətlərlə müşahidə olunur.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev son zamanlarda uşaqlar arasında adenovirus yoluxmalarına rast gəlindiyini bildirib.

Onun sözlərinə görə, bu, üst tənəffüs yolunu tutan virusdur.

“Virus yüksək temperatur, əvvəl quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”, - deyə Ə.Quliyev bildirib.

“Uşaqlar bir-biri ilə yaxın təmasda olanda virusu hava-damcı yolu ilə ötürə bilirlər. Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatlıq da müşahidə olunur. Virusun müalicəsi simptomatikdir”, - deyə o əlavə edib.

Tarix
2023.08.18 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla