Yuxarı

Hansı kartof orqanizm üçün zərərlidir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı kartof orqanizm üçün zərərlidir?

Hər gün aldığımız və yediyimiz kartofun heç də hamısı faydalı deyilmiş. Açıq rəng kartof daha zərərlidir, ən yaxşısı isə bənövşəyi çalarlı kartofdur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tibb elmləri üzrə doktor Vitali Napolov faydalı kartofu açıqlayıb.

“Kartofun rəngi onun sort göstəricisidir, praktiki olaraq məhsulun keyfiyyətinə təsir etmir.

Kartofun içinin, özünün rəngi isə tərkibindən asılıdır. Bizdə ən çox içi ağ kartof geniş yayılıb. Sarı və ekzotik növ olan qırmızı kartof da var. Ağ kartofda daha çox nişasta var.

Sarıda A vitamini – karotin çoxdur.

Qırmızı sortda antosianlar var. Hesab edilir ki, antosianlar immuniteti möhkəmləndirir, onkoloji xəstəliklərə qarşıdır. Amma mədə-bağırsaq xəstəlikləri, allergiyası olanlar, böyrək və qaraciyər xəstələri qırmızı kartofla ehtiyatlı olmalıdır.

Püre və bişirmək üçün ağ kartof, qızartmaq üçün sarı kartof daha yaxşıdır. İri kartofları seçin, çəkisi minimum 80 qram olsun.

Kartofda nişasta çox olub-olmadığını təyin etmək çox sadədir. Kartofu 2 yerə bölün və birləşdirməyə çalışın. Əgər asanlıqla yapışacaqsa, deməli, nişastası çoxdur. Qızartma üçün bu kartof çox yaramır. Salatlar üçün çəhrayı kartof yaxşıdır.

Yaşıla çalan və üzəri ləkəli kartof solanin adlı toksinlə zəngindir, zəhərlidir”, - həkim bildirib.

Tarix
2023.10.04 / 02:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla