Yuxarı

Kirayə evdə insan daha tez qocalır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə evdə insan daha tez qocalır

İnsanın yaşadığı yer - ərazi, ev onun yaşlanmasına təsir edir. Söhbət təkcə ekologiya, təmir və yaşama imkanlarından getmir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya nəyə görə kirayədə qalmağın bədəni qocaltdığını açıqlayıb.

“Yeni elmi araşdırmalar sübut edib ki, kirayə götürülmüş evdə yaşamaq bioloji qocalmanın sürətini artırır. Kirayədə qalanlar öz şəxsi evində yaşayanlardan 40% daha çox və tez-tez xəstələnir. Bu, hətta siqaret çəkənlərlə çəkməyənlər arasında olan fərqdən də çoxdur.

Qocalmaya səbəb kirayə evin şəraiti yox, kirayənişinin ödəmədə borclanması və bir neçə ayın borcunun yığılması və bundan yaranan stressdir. Sorğu göstərib ki, kasıb məhəllərdə ucuz ev kirayələyənlərin səhhəti öz evində yaşayanlar kimi olub. Deməli, burda digər məqam kirayə haqqının yüksək olmasıdır.

Ona görə də dövlətlər ölkədə kirayə haqlarının artmaması üçün çalışmalı, qiyməti nəzarətdə saxlamalı, kirayə haqqının işəgötürən və ya dövlət tərəfindən çətin anlarda kompensasiya olunmasını təmin edə bilər. Kirayə yaşayanların stressinin profilaktikası onların sağlamlığının qorunması deməkdir”, - o bildirib.

Qeyd edək ki, bundan öncəki araşdırma hündürmərtəbəli binaların sakinlərinin həyət evlərində yaşayanlardan 60% daha xəstə olduğunu üzə çıxarıb.

Tarix
2023.11.01 / 02:10
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla