Yuxarı

Təkrarlanan qorxulu yuxular nədən xəbər verir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təkrarlanan qorxulu yuxular nədən xəbər verir?

Nəyə görə yuxuda yenidən, təkrar, eyni qorxulu süjetlər görürük? Şüuraltı və ya beyin bununla nə demək istəyir? Kabus yuxuların yozumu varmı?

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, psixoterapevt Anton Vakula təkrarlanan yuxuların psixika ilə əlaqəli olduğunu açıqlayıb.

“Bəzi yuxular həqiqətən təsadüfi deyil və insanın psixi, fiziki problemlərinə işarət ola bilər. Əgər bir neçə müddətdir eyni yuxu görürsüzsə, bu barədə düşünməyə dəyər.

Elm sübut edib ki, yuxular beyin və orqanizm üçün terapevtik rol oynayır. İnsanın emosiyalarını nəzarətə almağa kömək edir. Bütün bunlar yuxuda qorxu, kədər, təəccüb və digər əlvan həyəcanlar vasitəsilə işlənir.

Ziqmund Freyd hesab edirdi ki, yuxu bizim psixikamızın şüuraltı hissəsinin nəticəsi, bəhrəsidir. Oyaq olanda, gündəlik həyatda basdırdığımız, inkar etdiyimiz, qəbul olunmayan arzu, hiss və fikirlər bizim yuxularımızda üzə çıxa bilər.

Psixikanın əziyyət çəkdiyini göstərən yuxu süjetləri:

- Qaçmaq, qovmaq

- Yıxılmaq

- Dişlərin tökülməsi

- Soyunmaq

- İtirmək

- İmtahan

- Uğursuzluq

- Mübahisə

Nəyə görə eyni yuxu təkrarlanır?

Bu insanda posttravmatik sindrom, stress, generalizə olunmuş təşviş pozuntusu, obsessiv pozuntu göstəricisi ola bilər. Bəzən kabuslar həqiqətən səhhətdə ciddi problemlərdən ola bilər. Bu zaman həkimə getməyə dəyər.

Psixoloqlar bu yuxuları analiz etməyi və hansı şəxsi konflik və psixi problemdən qaynaqlandığını tapmağı tövsiyə edir.

Buna görə yuxu gündəliyi yazmağa dəyər.

Tarix
2023.11.03 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla