Yuxarı

Gənclərin ürəktutmadan ölümü vaksinlə bağlıdır?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərin ürəktutmadan ölümü vaksinlə bağlıdır?

Vaksin haqqında yayılan informasiyanın heç bir elmi əsası yoxdur. Pandemiya başlayandan yanlış informasiyaların yayılması vaksinasiyanın aparılma prosesinə xeyli ziyan vurdu.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla ölkəmizdə gənc yaşlarda ürəktutmadan ölüm halının artmasının səbəbi kimi göstərilən vaksinlə bağlı danışarkən deyib.

Professor bildirib ki, koronavirusun orqanizmdə qoyduğu izlər var:

“Koronavirus keçirən insanlarda autimon, onkoloji və müxtəlif xəstəliklərin baş qaldırmasını müşahidə edirik. Əlbəttə, bu gün dünyada bunların koronavirusa nə dərəcədə bağlı olmasıyla bağlı çox intensiv işlər gedir və yəqin ki, yaxın vaxtlarda onun nəticələri elan olunacaq. Amma bunun vaksinasiyaya bağlılığı qətiyyən düzgün deyil”.

Adil Qeybullanın sözlərinə görə, ürək-damar xəstəliklərinin yaranmasının çox ciddi səbəbləri var:

“Birinci səbəb insanların təmbəlləşməsi, oturaq həyat tərzi, həddindən artıq çox qida və alkoqol qəbulu, az hərəkət etməsi və siqaret çəkməkdir. Bu məsələlər bu gün ürək-damar xəstəliklərinin əsasında dayanır. Biz əsas səbəbləri bunda axtarmalıyıq, nəinki digər faktorlarda”.

Tarix
2023.11.03 / 08:15
Müəllif
Əminə Tofiqqızı
Digər xəbərlər

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla