Yuxarı

Böyrəklərin tezliklə çökəcəyini göstərən əlamətlər

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Böyrəklərin tezliklə çökəcəyini göstərən əlamətlər

Lal xəstəliklərdən biri də böyrək patologiyalarıdır. Yəqin çoxunuz şahidi olmusunuz ki, insan heç bir şikayəti olmadan qəfildən böyrəkləri iflas edib və dializə qoşulub. Böyrəklər də qaraciyər kimi dözümlü orqandır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, professor Oksana Dralkina ölümcül böyrək çatışmazlığından qorunmaq üçün bunlara diqqət yetirməyi tövsiyə edib.

“Hər 10 nəfərdən birində böyrək xəstəliyi aşkarlanır. Böyrək çatışmazlığının müalicəsi xərçəng xəstəliyinin müalicəsindən 2 dəfə bahadır. Böyrəklərin işində artıq pozulma olduğunu göstərən əsas əlamətlər:

- Daim yorğunluq, baş hərlənmə, təngnəfəslik, əzginlik, yaddaş zəifləməsi. Böyrəklər bu zaman eritropoetin hormonunu az ifraz edir.

- Dəridə iynəbatırma, qaşınma hissi, ağızdan qoxu, ürəkbulanma, qusma, iştahsızlıq.

Artıq böyrəklər sidik turşusu, kreatinin və fosfatları yaxşı süzmür.

- Ürək ritminin pozulması, əzələ ağrıları.

- Üz, əl, ayaqda şişkinlik.

- Köpüklü sidik. Bu zülalın aktiv çxarılmasıdır.

- Təzyiqin artması, yuxu pozulması, immunitet zəifliyi, sümüklərin zəifləməsi arıqlama.

Bu hallar varsa, terapevt və uroloqa gedin, USM, sidik, qan, hormon analizləri verin. Əksər hallarda bu xəstələrdə diabet başlamış olur”, - Dralkina qeyd edib.

Tarix
2023.11.17 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla