Yuxarı

Baş ağrısından dərmansız xilas olmağın yolları

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş ağrısından dərmansız xilas olmağın yolları

Günün yorğunluğu, stress, yuxusuzluq və ya yüksək səsə məruz qalmaq – bütün bunlar baş ağrısına səbəb ola bilər. Bəzən isə baş ağrısı müxtəlif xəstəliklərin yan təsiri kimi də ortaya çıxır.

Axar.az baş ağrısından dərmansız xilas olmanın ən effektiv yollarını təqdim edir:

Nanə yağı

Nanə yağı alın və gicgah nahiyəsindəki qan damarlarını genişləndirərək ağrını azaldır. Bir neçə damcı nanə yağını gicgahlarınıza sürtərək, maraj edin və rahatladığınızı hiss edin.

Zəncəfil və limon dəmləməsi

Zəncəfil güclü iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Baş ağrısına, ürəkbulanmasına və miqrenə qarşı faydalıdır. 1 dilim təzə zəncəfil və 1 dilim limonu bir stəkan qaynar suya əlavə edib 10 dəqiqə dəmləyin. Daha sonra süzərək, əldə etdiyiniz dəmləməni içə bilərsiniz.

Lavanda çayı və digər bitki dəmləmələri

Lavanda çayı sakitləşdirici təsirə malikdir və baş ağrısını yüngülləşdirir. Yaşıl çay və çobanyastığı çayı kimi digər bitki dəmləmələri də ağrının azalmasına kömək edir. Ev şəraitində zövqünüzə uyğun bitki dəmləməsi hazırlayaraq istifadə edə bilərsiniz.

Soyuq kompres üsulu

Baş ağrısından azad olmaq üçün soyuq kompres də təsirli üsullardan biridir. Bunun üçün bir parça bezi soyuq suya batıraraq və ya buz torbası istifadə edərək, ağrının hiss olunduğu bölgəyə tətbiq edə bilərsiniz. Bu, damarları daraldaraq ağrını azaldır.

Tarix
2025.04.29 / 02:04
Müəllif
Nihat Tahirov
Digər xəbərlər

Bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlərə... - Hulusi Kılıçdan sərt sözlər

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

Müdafiə naziri Zəfər abidəsini ziyarət etdi

Ordumuz hərb tarixinin ən şərəfli səhifəsini yazdı - Qafarov

Türkiyə XİN şəhidlərimizi belə yad etdi

İlham Əliyev və xanımı Zəfər parkında

Fürsət gözləyirdik, ermənilər hücuma keçdi - Politoloq

Tramp Sini “qeyri-adi” qarşıladı: Bu, nəyi dəyişdi?

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla