Yuxarı

Qərb İran-Türkiyə müharibəsinə çalışır - Kaplan

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qərb İran-Türkiyə müharibəsinə çalışır - Kaplan

Hələb faciəsinin ilk səbəbi Osmanlının mövcud olmamasıdır.

Axar.az xəbər verir ki, bu sözlər türkiyəli yazar Yusif Kaplanın “Yeni Şəfəq” qəzetindəki köşəsində yer alıb. Suriya böhranında Qərbin də əlinin olduğunu bildirən Kaplan Türkiyənin hər tərəfdən blokadaya alındığını söyləyib:

“Son 25 ildə Balkanlarda, Qafqazda, bütün ərəb dünyasında yaşanan qətliamların birinci səbəbi Osmanlının yox edilməsi, islam dünyasının yetim qalmasıdır. İkinci önəmli məsələ isə Osmanlının qarşısını alan səbəblərin indi də Türkiyəyə qarşı tətbiq edilməsi, ölkənin blokadaya alınmasıdır. Bəs yüz ildə dəyişməyən əsas səbəb nədir?

1000 ildir ki, Səlcuq və Osmanlı övladları üç qitənin tarixini formalaşdırırlar. Üç qitə elə dünyanın özü deməkdir. Osmanlı əslində ədalət, əxlaq, mərhəmət, fərasət deməkdir. Qərblilərin bütün qitələri və dənizləri müstəmləkə edib, bütün mədəniyyətləri məhv etdikləri zamanda Osmanlı üç qitədə insanlığın heysiyyatını qoruyurdu. Osmanlının qarşısının alınmasının iki əsas səbəbi var idi. Bunlardan birincisi Osmanlı durdurulmayacağı təqdirdə Qərb sivilizasiyasının bütün mədəniyyətləri məhv edən barbarlığının üzə çıxma ehtimalıydı. İkincisi isə Osmanlı Qərbin dünya üzərində mütləq hegemonluğuna mane olan əsas qüvvə idi. Qərb artıq bir müddət öncə “quldur dövlət” adlandırdığı İranın qarşısını açıb. Onlar İranın 250 min əsgərlə İraq və Suriyada fəaliyyət göstərməsinə və məzlumların qanını tökməsinə şərait yaratdılar. Məqsəd isə Türkiyəni İranla qarşı-qarşıya gətirmək, savaşdırmaq və ardınca Türkiyəni məhv etmək idi. Onsuz da Osmanlı belə bir tələ sayəsində Birinci Dünya savaşına girib, məhv olmuşdu. Bunu unutmamaq lazımdır”.

Tarix
2016.12.17 / 09:09
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla