Yuxarı

Axar.Az Logo carnation

Onlar özlərini tərbiyəsiz uşaq kimi aparır – Millət vəkili

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar özlərini tərbiyəsiz uşaq kimi aparır – Millət vəkili

ATƏT-in monitorinq qrupu və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları qoşunların təmas xəttində olan zaman nəqliyyat vasitələri hər səfərində ermənilər tərəfindən atəşə tutulur. Bu ermənipərəst təşkilatlar isə ermənilərin atdığını bir dəfə də olsun öz hesabatlarında qeyd etmirlər. Guya ki, açılan atəşin hansı tərəfdən olduğunu bunlar bilməyib.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Şərq.az-a açıqlamasında deyib. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulmasına münasibət bildirən millət vəkili vurğulayıb ki, ermənilər özlərini tərbiyəsiz uşaq kimi aparır:

“Ermənilər nə beynəlxalq prinsiplərə əməl edir, nə də beynəlxalq təşkilatları sayır. Ermənilər özbaşına, elə-belə qudurğanlıq etmir ki! Onları istiqamətləndirən, havadarlıq edənlər var. Əks halda, doğmalarının qəbrini ziyarətə getdiyi üçün qanunsuz yerə həbs olunan Dilqəm Əsgərovla Şahbaz Quliyevin girovluqdan azad olunmasına kömək edərdilər. Ən azından ermənilərin onlara atəş açdığını öz hesabatlarında təqdim etsinlər, onların cəzalandırılmasına nail olsunlar. Ancaq onlar bunu etmirlər. Gərək ermənilər monitorinqlərin birində ATƏT və ya BQXK əməkdaşlarından birini öldürə, meyitləri qoşunların təmas xəttində qala, ancaq ondan sonra ermənilərin hansı xislətdə olduğunu görələr”.

Qeyd edək ki, 4 mayda cəbhədə monitorinq keçirən Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları ermənilər tərəfindən atəşə tutulub.

ATƏT-in və BQXK-nin ermənilərə kor-koranə havadarlıq etməsinin səbəbinə gəldikdə isə millət vəkili deyib ki, onlar heç vaxt Azərbaycanla Ermənistanı eyni gözdə görməyiblər: "Onlar münaqişə başlayan gündən ermənilərin yanında yer alıb, həmişə onların mövqelərini müdafiə ediblər. Azərbaycan onlara qarşı ermənilərin göstərdiyi münasibətin birini göstərsə, indi başımıza Allahın oyununu açmışdılar. Sanki ermənilər bunların doğma qardaşlarıdır. Bunun dəqiq səbəbini deyə biləmərəm. Bir özləri, bir də Allahları bilir. Yəqin ki, din faktoru ilə əlaqəli olar. Ya da ki ermənilərə qarşı xüsusi bir simpatiyaları var”.

Tarix
2017.05.06 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Davosda Ceymi Daymonla görüşdü - Foto

ABŞ nizamı darmadağın etdi: böyük toqquşmalar başlayır

Ukraynaya 1 milyon dollarlıq yardım göndərdik - Foto

Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanında... - Foto

Türkiyə və Azərbaycan XİN başçıları danışdı

İlham Əliyev Finlandiyanın prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü - Foto

Prezidentin "Avronyus"a müsahibəsindən görüntülər - Video

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla