Yuxarı

Azərbaycanlı deputat naziri sərt tənqid etdi: İşsizlik, kasıblıq...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı deputat naziri sərt tənqid etdi:

Azərbaycanın Tikantəpə şəhərinin İran parlamentindəki millət vəkili Homayun Haşimi bölgədə yerləşən mədənlərin təhlükəli vəziyyətdə olmasına və mədən işçilərinin maaşının ödənilməməsinə etiraz edib.

Axar.az xəbər verir ki, millət vəkili parlamentin ümumi iclasında çıxışı zamanı Rifah və Əmək nazirinin ünvanında sərt tənqidlər səsləndirib. O, yeni bir mədən faciəsinin yaşanmasının gözlənilən olduğunu bildirib:

“Qərbi Azərbaycanın cənub bölgəsini Gülüstan vilayətinin Yurd mədənində baş verən faciəvi hadisələr gözləyir. Bu istiqamətdə nə üçün heç bir iş görülmür?! Mənim təmsil etdiyim bölgədə təxminən 100 mədən var, onlar Yurd mədənindən daha pis vəziyyətdədir. Bu barədə nazirlərə dəfələrlə xəbərdarlıq etmişəm, lakin heç bir dəyişiklik yoxdur. Bu nazirliklər niyə bu qədər laqeyddirlər?!

Mədənlərdə işləyən fəhlələrin bəzisi 22 aydır əmək haqqı almayıb. Bir ay əvvəl isə 200 mədən fəhləsi işdən çıxarılıb. Bunlar niyə baş verir?”

Qeyd edək ki, Yaxın Şərqin ən böyük qızıl yataqları olan Zrehşoran və Ağdərə mədənləri Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşir. Bölgədə həmçinin 80-dən çox qiymətli daşlarla zəngin mədən mövcuddur. Bütün bunlara baxmayaraq, Tikantəpə bölgəsi Güney Azərbaycanın digər məntəqələri kimi ölkə üzrə ən yoxsul məntəqələrdən biridir. Mədən məhsulları xammal kimi İsfahan, Kirman, Yəzd və Tehran şəhərlərinə aparıldığı üçün bölgə əhalisinə heç bir qazanc gətirmir.

Tarix
2017.05.12 / 11:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla