Yuxarı

İranın qoruduğu İrəvan İsraildə səfirlik açırsa... - Politoloq

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və İsrail arasında münasibətlərin yüksək səviyyədə olmasını nəzərə alsaq, rəsmi Bakının Təl-Əvivdə səfirlik açmasını məqsədəuyğun hesab etmək olar.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Azərbaycanın İsraildə səfirlik açması barədə müzakirələrə münasibət bildirərkən deyib. O bildirib ki, Bakı-Təl-Əviv əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər:

“Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin böyük rolu var. Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də model ola bilər.

Həmçinin, İsrail Azərbaycanın müstəqilliyini 1991-ci ildən tanıyan ölkədir. İki ölkə arasında olan diplomatik münasibətlər 1992-ci ildən başlayıb. Lakin buna baxmayaraq, hələ də İsraildə Azərbaycan səfirliyi yoxdur. İsrailin isə Azərbaycanda səfirliyi var və çox da uğurlu fəaliyyət göstərir”.

Politoloq bildirib ki, bu məsələdə digər digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır:

“Azərbaycan İsrailə böyük həcmdə neft satır. Həmçinin, Bakı İsraildən müasir silahlar alır. Beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. Düşünürəm ki, səfirlik açılması məsələsini yubatmaq olmaz, tez bir zamanda bunu həll etmək lazımdır”.

Politoloqun sözlərinə görə, bəziləri hesab edir ki, Azərbaycan İsraildə səfirlik açsa, Bakının İran və ərəb ölkələri ilə münasibətləri pisləşər:

“Amma düşünmürəm ki, bu, doğru arqumentidir. Çünki bəzi ərəb ölkələrinin özlərinin İsraildə səfirlikləri var. Misiri, İordaniyanı misal göstərə bilərik.

İrana gəlincə, bu ölkə Ermənistanla strateji tərəfdaşdır və rəsmi İrəvan İsraildə səfirlik açmağa hazırlaşır. Yəni İran hansı arqumentlə bizə deyə bilər ki, İsraildə səfirlik açma?!

Fikrimcə, strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasındakı tərəfdaşlığı daha yüksək səviyyəyə qaldıra bilər”.

Qeyd edək ki, Ermənistanın İsraildə səfirlik açmaq qərarı ciddi müzakirələrə yol açıb. Bəzi politoloqlar İrəvanın bu qərarının hədəfinin Bakı-Təl-Əviv münasibətlərinə əngəl yaratmaq olduğunu bildirir və Bakının İsraildə səfirlik açmasının vacibliyini irəli sürürlər.

Tarix
2019.09.27 / 14:57
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

Dünyanın bölüşdürülməsində biz də varıq! – İlk dəfə

Türkiyə Suriyada hava bazası açır?

Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla